Sectigo SSL sertifikatları

Ödənişli SSL sertifikatları

Domen yoxlamalı (DV), Wildcard və təşkilat yoxlamalı (OV) sertifikatlar. Açarı və CSR-i paneldə yaradın, domen yoxlamasını addım-addım tamamlayın, sertifikatı bir kliklə yükləyin.

CSR ilə əlləşməyin

Şəxsi açar və CSR paneldə yaradılır; istəsəniz, öz CSR-inizi də yapışdıra bilərsiniz.

Sürətli domen yoxlaması

DNS qeydi, HTTP faylı və ya e-poçt: təlimat paneldədir, kopyalayıb yapışdırmağa hazırdır.

Hər serverə uyğun

Sertifikat, aralıq zəncir, tam zəncir və açar ayrı-ayrılıqda və ya bir ZIP kimi; Nginx, Apache, IIS, cPanel.

Xatırlatma və yenidən buraxılış

Bitməyə 30 və 7 gün qalmış e-poçt; abunəlik müddətində yeni sertifikat pulsuzdur.

Sertifikatlar

Bilməli olduqlarınız

  • Sertifikat ödənişiniz təsdiqləndikdən sonra, paneldə domeninizi daxil edib yoxlamanı tamamladıqda verilir.
  • 2026-cı ildən sertifikatlar ən çox ~200 gün etibarlıdır: illik abunəliyiniz ərzində bitməyə yaxın bir dəfə paneldən pulsuz yenidən buraxırsınız; sizə xatırladacağıq.
  • Wildcard sertifikatda HTTP faylı ilə yoxlama mümkün deyil; DNS və ya e-poçtdan istifadə edin.
  • OV sertifikat təşkilatın adına verilir: faktura məlumatlarınız korporativ olmalıdır, təşkilat yoxlaması 1-3 iş günü çəkir.
  • Şəxsi açarınız şifrələnmiş saxlanılır və onu yalnız hesab sahibi və idarəçilər yükləyə bilər.

Səbətiniz Boşdur

Hələ səbətə heç bir məhsul əlavə etməmisiniz.

Alış-verişə Başlayın