SÜNİ İNTELLEKT ASSİSTENTİ

Saytınızda, WhatsApp-da, Instagram-da və telefonda cavab verən tək assistent

Tez-tez verilən suallarınızı, məhsul və xidmət məlumatlarınızı bir dəfə əlavə edin; assistent müştərilərinizə 7/24 saytınızda, WhatsApp, Instagram, Messenger və Telegram-da yazılı, telefon xəttinizdə isə səsli cavab versin. Hamısı tək paneldən, tək balansla.

Assistent yaradın

Öz məlumatlarınız

Mətn yapışdırın və ya veb səhifə ünvanı verin; assistent yalnız bu məlumatlarla cavab verir, bilmədiyini uydurmur.

Bir sətir kod

Saytınıza bir <script> sətri əlavə edin; sağ aşağıda söhbət pəncərəsi açılır. WordPress daxil istənilən saytda işləyir.

Nəzarət sizdədir

Hansı saytlarda işləyəcəyini, gündəlik mesaj limitini və assistentin üslubunu siz müəyyən edirsiniz.

İstifadə etdiyin qədər ödə

Aylıq haqq yoxdur; yalnız istifadə olunan süni intellekt tokenləri balansınızdan tutulur. Ehtiyatlı model infrastrukturunda işləyir.

Bir assistent, bütün kanallar

Hesablar və nömrələr sizindir; assistent eyni məlumatla hər kanalda cavab verir. Kanalları paneldən bir kliklə qoşursunuz.

SaytBir sətir kodla sağ altda söhbət pəncərəsi; WordPress daxil istənilən saytda işləyir.
WhatsApp, Instagram, MessengerMeta hesabınızla qoşulur; gələn mesajlara assistent cavab verir.
TelegramBotFather-dən aldığınız bot tokeni ilə bir neçə dəqiqəyə.
Telefon (Süni İntellekt Çağrı Mərkəzi)Öz SIP xəttinizi qoşun; zəng edənlərə assistent səsli cavab verir.
Süni İntellekt Çağrı Mərkəzi haqqında ətraflı →

Necə işləyir?

  1. Paneldə assistent yaradın, adını və təlimatını yazın.
  2. Bilik mənbələri əlavə edin: tez-tez verilən suallar, qaytarma şərtləri, məhsul səhifəsinin ünvanı…
  3. Paneldə sınayın; cavablardan razısınızsa, yerləşdirmə kodunu saytınıza əlavə edin.

Tipik bir sual-cavab tokenlərlə 1 sentdən xeyli az tutur; məbləğ seçdiyiniz modelin süni intellekt API qiyməti ilə balansınızdan tutulur.

Bilməli olduqlarınız

  • Ziyarətçi mesajları bizdə saxlanılmır; paneldə yalnız mesaj sayı və məbləğ görünür.
  • Süni intellekt modelləri xaricdəki tərəfdaşlarımızda işləyir; şəxsi məlumat ehtiva edən məlumatları mənbə kimi əlavə etməyin.
  • Hər assistentə təxminən 2 milyon simvol məlumat əlavə etmək olar; hər hesaba ən çox 5 assistent.
  • Balansınız bitərsə assistent cavab verməyi dayandırır; gündəlik mesaj limiti ilə xərclərinizi məhdudlaşdıra bilərsiniz.

Səbətiniz Boşdur

Hələ səbətə heç bir məhsul əlavə etməmisiniz.

Alış-verişə Başlayın